Dövlət Departamenti Yerevana xəbərdarlıq etdi

© REUTERS / Joshua RobertsГосударственный департамент США
Государственный департамент США - Sputnik Azərbaycan
Abunə olmaq
Ötən gün Yerevan şəhər məhkəməsi sabiq prezident Robert Köçəryan barəsində həbs qərarı çıxarıb

BAKI, 28 iyul — Sputnik. Birləşmiş Ştatlar rəhbərliyi Ermənistan rəhbərliyini "1 mart" işi üzrə ciddi, müstəqil və inama layiq araşdırma aparmağa çağırıb. Sputnik Azərbaycan xəbər verir ki, bunu "Amerikanın səsi" radiostansiyasına müsahibəsində Dövlət Departamentinin rəsmi nümayəndəsi Ermənistanın ikinci prezidenti "1 mart" işi üzrə konstitusiya quruluşunun devrilməsi ittihamı sürülən Robert Köçəryanla bağlı işi şərh edərkən bildirib.

Qeyd edək ki, ötən gün Yerevan şəhər məhkəməsi sabiq prezident Robert Köçəryan barəsində həbs qərarı çıxarıb.

Bu barədə jurnalistlərə açıqlamasında Köçəryanın vəkili Aram Orbelyan məlumat verib.

O, hüquqlarını müdafiə etdiyi keçmiş prezidentin həbsi barədə məhkəmənin qərarından şikayət veriləcəyini bildirib.

Qeyd edək ki, Köçəryan 2008-ci il prezident seçkilərindən sonra İrəvanda keçirilən etiraz aksiyasının zorakılıqla dağıdılmasına əmr verməkdə ittiham olunub. 10 nəfərin ölümünə səbəb olan aksiyalarla əlaqədar ona qarşı bir qrup şəxslə əlbir olaraq konstitusiya quruluşunu devirmək barədə ittiham irəli sürülüb.

Xəbər lenti
0