Onların hamısının yeri səhv düşdü - VİDEO

© Sputnik / Aleksey Nikolsky / Mediabanka keçidBRİCS ölkələrinin sammitin
BRİCS ölkələrinin sammitin - Sputnik Azərbaycan
Abunə olmaq
Liderlər diplomatik qaydaya uyğun olaraq, öz ölkələrinin bayraqları qarşısında dayana bilməyiblər

BAKI, 26 iyul — Sputnik. BRİCS ölkələrinin sammitində quruma üzv ölkələrin (Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika Respublikası) liderləri ənənəvi foto çəkdirmə mərasimi zamanı maraqlı anlar yaşanıb.

Sputnik Azərbaycan "RİA Novosti"yə istinadən xəbər verir ki, liderlər diplomatik qaydaya uyğun olaraq, öz ölkələrinin bayraqları qarşısında dayana bilməyiblər. Hadisənin kadrları sosial şəbəkələrdə yayılıb.

Qarışıqlıq təşkilatçıların səhvi üzündən baş verib. Ölkə prezidentlərinin döşəmə üzərində olan qeydlərə əsasında ardıcıllıqla dayanıblar. Bu isə yanlışlığa səbəb olub.

Səhvi anlayan siyasətçilər yerlərini dəyişiblər, lakin bu dəfə də onlar öz ölkələrinin bayraqları qarşısında dayanmayıb. Belə ki, Çin lideri Si Cinpin CAR-ın, Hindistanın baş naziri Narendra Modi Braziliyaın, CAR prezidenti Siril Ramafosa Rusiyanın, Braziliya lideri Mişel Temer Hindistanın, Rusiya prezidenti Vladimir Putin isə Çinin bayrağı qarşısında dayanıblar.

Qeyd edək ki, 25 – 27 iyul tarixlərində CAR-ın paytaxtı Yohannesburqda BRİCS-in sammiti keçirilir.

Xəbər lenti
0