12:42 20 Avqust 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0254
  • EUR1.8846
Oksana Şaçko

Çılpaq soyunması ilə dünyada məşhurlaşan qadın intihar etdi

© Photo: Instagram / femen_movement
DÜNYA
Qısa URL
164 0 0

Şaçkonun son iki ildə iki dəfə intihara cəhd etdiyi də qeyd edilir

BAKI, 24 iyul — Sputnik. Ukraynanın çılpaq etirazları ilə məşhur olan FEMEN təşkilatının üç təsisçisindən biri olan Oksana Şaçko intihar edib.

Sputnik Azərbaycan-ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, bunu FEMEN-in üzvlərindən olan İnna Şevçenko da təsdiqləyib. Şaçko iyulun 23-də Parisdə intihar edib. Bəzi mənbələrə görə, feminist qadın intihardan öncə məktub yazıb. O, məktubda “hamınız saxtasız” deyə qeyd edib. Amma bu müraciətin kimə ünvanlandığı bəlli deyil.

Bəzi mənbələr Şaçkonun son iki ildə iki dəfə intihara cəhd etdiyini də qeyd edirlər.

Ukraynalı etirazçının intihar etmə səbəbi ilə bağlı yaxınları və dostları heç bir açıqlama verməyiblər.

Ukraynanın FEMEN təşkilatı heç bir yerdə qeydə alınmayıb. Təşkilatın üzvləri etiraz aksiyaları zamanı soyunmaları ilə məşhurlaşıblar. FEMEN üzvlərinin fəaliyyəti “radikal eksqibisionizm” kimi dəyərləndirilir.

Teqlər:
Paris, intihar, FEMEN, Ukrayna

Əsas mövzular