Afinada ölənlərin sayı 50 nəfərə çatıb, fəlakət davam edir

© AP Photo / Thanassis StavrakisМужчина среди сгоревших машин в Мати, к востоку от Афин, во вторник, 24 июля 2018 года
Мужчина среди сгоревших машин в Мати, к востоку от Афин, во вторник, 24 июля 2018 года - Sputnik Azərbaycan
Abunə olmaq
Yanğınla əlaqədar Yunanıstanda fövqəladə vəziyyət elan edilib

BAKI, 24 iyul — Sputnik. Yunanıstanda paytaxt Afina yaxınlığında davam edən güclü yanğınlar nəticəsində ölənlərin sayı 50-yə çatıb. Bu barədə Sputnik Azərbaycan "RİA Novosti"yə istinadən xəbər verir.

Meşə yanğını - Sputnik Azərbaycan
Avropanın cənubunda qiyamət qopub, xeyli sayda ölən və yaralanan var

Məlumata əsasən, bu gün səhər saatlarında Qızıl Xaç Cəmiyyətinin əməkdaşları və könüllülər Afinanın şərqində yerləşən Mati kurort rayonunda 26 şəxsin cəsədini tapıblar. Onlar yanğından qurtulmaq üçün dənizə daxil olmağa çalışıblar.

Ümumilikdə isə, yanğın nəticəsində 156 nəfər xəsarət alıb ki, onlardan da 16-sı uşaqdır. 11 nəfərin vəziyyəti isə kritik ağırdır.

Qeyd edək hazırda yanğınla əlaqədar Yunanıstanda fövqəladə vəziyyət elan edilib. Yanğının söndürülməsinə onlarla yanğınsöndürən, üç təyyarə və iki helikopter cəlb olunub. Lakin güclü külək yanğını nəzarət altına almağa imkan vermir.

Əlavə edək ki, son günlər Yunanıstan ərazisində isti hava şəraiti müşahidə olunur. Ölkənin bəzi ərazilərində temperatur 40 dərəcəyə çatır.

Xəbər lenti
0