01:01 21 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
DÜNYA
Qısa URL
130 0 0

Qanun dəyişikliyi Cinsi sağlamlıq mərkəzi "Sensoa"nın təklifi ilə həyata keçirilib

BAKI, 23 iyul — Sputnik. Belçikada qalamaqal yaradan qanun qəbul edilib. Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadla xəbər verir ki, Belçika Cinayət Məcəlləsinə edilən dəyişikliyiə görə, cinsi əlaqəyə razılıq yaşı 16-dan 14-ə endirilib. Bu yaşda biri ilə cinsi əlaqəyə girən şəxsin yaş fərqi 5 ildən çox olmamalıdır.

Dəyişikliyin gəncləri incitmədən qanunu günün reallıqlarına uyğunlaşdırmaq üçün edildiyi açıqlanıb. Belçikada 1900-cü illərdə qanun nizamlamalarında cinsi əlaqə həddi 16 yaş olaraq qəbul edilmişdi. Ancaq bu gün bu həddin reallığa uyğun olmadığı müəyyən edilib. 

Yeni qanuna görə 14 yaşlı biri ilə cinsi əlaqəyə girən arasında 5 yaşdan çox fərq olmayacaq. Bu həddi aşanlar təcavüz maddəsilə ittiham ediləcək. Məsələn, 14-15 yaşlı birinin 30-40 yaşlı biri ilə cinsi əlaqədə olması qanunla qadağandır. Belə bir vəziyyət zorlama kimi qiymətləndiriləcək.

Qanun dəyişikliyi Cinsi sağlamlıq mərkəzi "Sensoa"nın təklifi ilə həyata keçirilib.

Qeyd edək ki, yeni dəyişikliyə əsasən zorlama və cinsi əlaqəni ehtiva edən digər cinayətlərin cəzası da ağırlaşdırılıb. 1867–ci ildə həyata keçirilən əxlaqsız zarafatlara görə cəzaların tətbiq edilməsi ilə bağlı maddə qanunvercilikdən çxıarılıb.

Əlaqədar

Ovçulara qanuni ovun qaydaları aşılanıb
Ekspertlər qanunları pozan jurnalistlər haqqında danışıblar
Nazirlik reyd keçirdi: Qanunu pozanlar cərimələndilər
Nazir: "Pensiya təyinatında qanunsuzluqlar aşkarlanıb"

Əsas mövzular