Trampdan İrana sərt mesaj: "Tarixdə görmədiyiniz zərbəni alacaqsınız"

© REUTERS / Leah MillisDonald Tramp
Donald Tramp - Sputnik Azərbaycan
Abunə olmaq
Ağ Ev rəhbəri: "Biz artıq sizin zorakılıq və ölüm haqqında axmaq sözlərinizə dözəcək ölkə deyilik"

BAKI, 23 iyul — Sputnik. ABŞ prezidenti Donald Tramp bəyan edib ki, əgər İran ABŞ-ı təhdid etməyə davam etsə, onda "bunun nəticələrindən əziyyət çəkəcək". Sputnik Azərbaycan xəbər verir ki, bunu Tramp öz "Twitter" səhifəsində yazıb.

Ильгар Велизаде - Sputnik Azərbaycan
Politoloq: “ABŞ çalışır ki, İrana qarşı atdığı addımlar sərt görünsün”

"İran prezidenti Ruhaniyə: Heç vaxt, heç vaxt bundan sonra ABŞ-ı təhdid etməyin, əks halda tarixdə heç vaxt görmədiyiniz nəticələrə qatlanmalı olacaqsınız. Biz artıq sizin zorakılıq və ölüm haqqında axmaq sözlərinizə dözəcək ölkə deyilik. Diqqətli olun!" — deyə Tramp yazıb.

​Qeyd edək ki, daha əvvəl İran prezidenti Həsən Ruhani amerikalı həmkarı Donald Trampı "odla oynamamağa" çağıraraq qeyd edib ki, rəsmi Tehran heç kimlə müharibə aparmır: "Biz heç kimlə döyüşmür, müharibə aparmırıq".

Xatırladaq ki, bu ilin mayın 8-də Tramp ABŞ-ın İranla bağlanmış nüvə sazişindən imtina etdiyini elan edib. ABŞ prezidenti İran rəhbərliyini sazişin şərtlərinə zidd olaraq uranın zənginləşdirilməsində və qadağan olunmuş silah istehsalında ittiham edib. Bundan əlavə, Tramp İrana qarşı sanksiyaları bərpa etmək niyyətində olduğu bildirib.

Xəbər lenti
0