"Məşhur müğənni “kabuslu” evini kirayə verir

© Sputnik / Yevgeny Biyatov / Mediabanka keçidКомната в многоэтажном жилом доме, фото из архива
Комната в многоэтажном жилом доме, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Payne yataq oyağında yata bilmədikləri üçün film otağında yatdıqlarını da bildirmişdi

BAKI, 22 iyul — Sputnik. "One Direction" qrupu ilə məşhur olduqdan sonra karyerasına solo olaraq davam edən Liam Payne "kabuslu evini" kirayə verir.

Sputnik Azərbaycan-ın xarici mətbuata istinadla məlumatına görə, sənətçi bir müddət öncə ayrıldığı sevgilisi Çeryil Kole ilə birlikdə yaşadığı ev üçün ayda 60 min dollar istəyir. Payne daha əvvəl də Los-Ancelesdə olan evini satmağa qərar vermişdi. Ancaq 13.9 milyonluq evə alıcı çıxmayandan sonra bu dəfə kirayə vermək qərarına gəlib.

Cütlük bu evi 2015-ci ildə 10 milyon dollara satın alıb. Çeryil Kole oğulları Beara hamilə qaldığı zaman burada yaşayıb.

© Photo : Photo by Greg Allen/Invision/APLiam Payne
Liam Payne - Sputnik Azərbaycan
Liam Payne

Payne müsahibələrində evində kabus olduğunu və izah edilməz hadisələrin baş verdiyini demişdi. Payne o dövrdə hamilə olan sevgilisi Kolenin yanında yatmadığını deyərək, evdə qəribə hadisələrin baş verdiyini bildirmişdi: "Gecə saatlarında evə yanıb sönən işıqlar görürdük. Evdə bəzi izah edilməz hadisələr baş verirdi. Bəzən su kranları öz-özünə açılıb bağlanırdı".

Payne yataq oyağında yata bilmədikləri üçün film otağında yatdıqlarını da bildirmişdi.

Payne sevgilisindən bu ayın əvvəli ayrılıb.

Cütlüyün "kabuslu evi" isə Monto Nido bölgəsində yerləşir.

Xəbər lenti
0