08:51 18 Noyabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0258
  • EUR1.9267
Mustafa Kamal Atatürk 1930-cu ildə

Atatürkü söyən qadın həbs edildi

© AFP
DÜNYA
Qısa URL
83 0 0

Qadının Atatürkə etdiyi təhqirlərin video görüntüsü sosial şəbəkələrdə yayılıb

BAKI, 21 iyul — Sputnik. Ankarada Atatürkü təhqir edən qadın saxlanılıb. Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadla xəbər verir ki, Anıtqəbirdə Atatürkü təhqir edən S.İ. adlı qadının haqqında cinayət işi başladılıb.

Xatırladaq ki, qadının Atatürkə etdiyi təhqirlərin videogörüntüsü sosial şəbəkələrdə yayılıb.

Şəbəkə istifadəçilərinin tənqidlərindən sonra qadın digər bir video yazaraq, dostu ilə dalaşdığı üçün bu addımı atdığını deyib: "Mən dini və siyasi fikirlərimi Atatürkçü bir dostum ilə paylaşdım və mənə hörmət etmədi. Dalaşdıq və mən əsəbiləşdim. Mən Atatürkə hörmət etməsəm, Anıtqəbirə getmərəm. Ancaq dostuma hirsləndiyim üçün pis ifadələr işlətdim. Bu videonu da çəkib, sadəcə ona atdım. O da sosial şəbəkə hesabından paylaşıb və video getdikcə yayılıb".

Qadın etdiyi əməldən peşman olduğunu və hər kəsdən üzür istədiyini də qeyd edib.

Teqlər:
həbs, təhqir, qadın, Atatürk, Ankara

Əsas mövzular