Dəhşətli virus yayılıb, ərazi karantinə alınıb...

Abunə olmaq
Bolyarovo karantinə bağlanmaqla yanaşı, heyvanların 10 kilometrlik bir bölgədən çıxarılmasına qadağa qoyub

BAKI, 20 iyul — Sputnik. Bolqarıstanda "qoyun vəbası" yayılıb.

Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadla xəbər verir ki, Bolqarıstanın Türkiyə ilə sərhədində yerləşən şəhərlərdən birində qorxunc virus yayıldığı üçün bölgədə 4 mindən çox heyvan məhv edilib və ərazi “bağlanılıb”.

Bolqar mətbuatının verdiyi məlumata görə, Bolqarıstanın Bolyarovo şəhərində müşahidə edilən virus qoyun sürülərinin 90 faizini məhv etmək gücündədir. Bolyarovo karantinə bağlanmaqla yanaşı, heyvanların 10 kilometrlik bir bölgədən çıxarılmasına qadağa qoyub. Heyvanlar məhv edilməsinə başlanılıb.

Ancaq bu qərar bölgə əhalisinin narazılığına səbəb olub. Heyvanlarının məhv edilməsinə qarşı çıxan əhali aksiyalar keçirib.

Bolqarıstanda yaşananlara görə, baş nazir Boyko Borissov kənd təsərrüfatı nazirinin müavini Tsvetan Dimitrovu və bəzi məmurlar işdən azad edib.

Bolqarıstanda istehsal edilən süd və süd məhsullarına qadağa qoyulmaması üçün sərt tədbirlər görüldüyü də qeyd edilir.

Xəbər lenti
0