20:49 19 Noyabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0257
  • EUR1.9377
Rusiya prezidenti Vladimir Putin və ABŞ prezidenti Donald Trampın birgə mətbuat konfransı. Helsinki, 16 iyul 2018-ci il

Tramp Putini ABŞ-a dəvət etdi

© Sputnik / Aleksey Nikolsky
DÜNYA
Qısa URL
42 0 0

Bundan əvvəl Tramp bəyan edib ki, Putinlə ikinci görüşü səbirsizliklə gözləyir

BAKI, 20 iyul — Sputnik. ABŞ prezidenti Donald Tramp milli təhlükəsizlik məsələləri üzrə köməkçisi Con Boltonu Rusiya prezidenti Vladimir Putini Vaşinqtona səfərə dəvət etməyə xahiş edib.

Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Ağ Evin mətbuat katibi Sara Sanders özünün "Twitter" hesabında yazıb.

"Helsinkidə prezident iki ölkənin təhlükəsizlik şuralarının əməkdaşları arasında dialoqun davam etdirilməsinə razılıq verib. Prezident Tramp milli təhlükəsizlik üzrə müşavir Con Boltonu payızda prezident Putini Vaşinqtona dəvət etməyə xahiş edib. Səfərlə bağlı müzakirələr artıq başlayıb" — deyə S.Sanders bildirib.

Bundan əvvəl Tramp bəyan edib ki, Putinlə ikinci görüşü səbirsizliklə gözləyir: "Mən, müzakirə etdiyimiz böyük həcmdə problemlərin həyata keçirilməsi üçün ikinci görüşü gösləyirəm".

Qeyd edək ki, ilk görüş iyulun 16-da baş tutub və təxminən 4 saat davam edib.

Teqlər:
Con Bolton, ABŞ prezidenti Donald Tramp, Rusiya prezidenti Vladimir Putin, ABŞ, dəvət

Əsas mövzular