08:17 27 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
DÜNYA
Qısa URL
116 0 0

Sammitin konkret keçirilmə tarixi hələlik dəqiqləşməyib

BAKI, 19 iyul — Sputnik. Rusiya, “İran və Türkiyə prezidentləri Vladimir Putin, Həsən Ruhani və Rəcəb Tayyib Ərdoğan üçtərəfli sammitin keçirilməsi imkanına müsbət yanaşır. Lakin hələlik sammitin keçirilmə vaxtı və yeri müəyyənləşməyib”. Sputnik Azərbaycan "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirib.

"Bu məsələ gündəlikdədir, liderlər artıq bu imkanı müzakirə edib və hər üç ölkə buna müsbət yanaşır" — deyə Uşakov jurnalistlərə deyib.

O, vurğulayıb ki, sammitin konkret keçirilmə tarixi hələlik dəqiqləşməyib.

Qeyd edək ki, sonuncu dəfə Türkiyə, Rusiya və İran prezidentləri arasında üçtərəfli görüşü bu ilin aprelində Ankarada olub. Üçtərəfli görüş mətbuat üçün qapalı keçirilib.

Ölkə başçıları Rəcəb Tayyib Ərdoğan, Vladimir Putin və Həsən Ruhani görüşdə Suriyadakı vəziyyətlə bağlı müzakirələr aparıblar.

Teqlər:
hazırlıq, razılaşma, görüş, Rəcəb Tayyib Ərdoğan, Həsən Ruhani, Vladimir Putin

Əsas mövzular