00:15 26 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
DÜNYA
Qısa URL
144 0 0

Yunker gələn il Yerevanda mitinq keçirməyə və kabab yeməyə razılıq verərək "Ermənistan baş nazirinə uğurlar" arzulayıb

BAKI, 18 iyul — Sputnik. Avropa Komissiyasının lideri Jan-Klod Yunker Yerevana gəlməyə, ölkənin əsas meydanında kabab bişirməyə razılıq verib.

Sputnik Azərbaycan "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Yunker ona Ermənistanın baş naziri Nikol Paşinyanın adından zəng edən rusiyalı prankerlər Leksus (Aleksey Stolyarov) və Vovana (Vladimir Kuznetsova) bildirib.

Leksus və Vovan Yunkerə rəsmi Vaşinqtonun Yerevana təzyiq etməsindən şikayətlənib. Avropa Komissiyasının üzvü isə öz növbəsində ABŞ prezidenti Donald Trampdan "Paşinyana" şikayətlənərək, onun dünyada işlərin necə getdiyini və Ermənistandan nələrin baş verdiyini anlamadığını deyib.

Yunker gələn il Yerevanda mitinq keçirməyə və kabab yeməyə razılıq verərək "Ermənistan baş nazirinə uğurlar" arzulayıb.

Avropa diplomatiyasının rəhbəri Federika Mogeriniyə gəldikdə isə o, prankerlərə Brüsselin Ermənistanın bütün tərəfdaşlarla yaxşı əlaqələr saxlamasının vacibliyini və hər hansı bir tərəfin xeyrinə seçim etməli olmadığını düşündüyünü bildirib.

Avropa diplomatiyasının rəhbərinin sözlərinə görə, bu Ermənistanda "Ukrayna ssenarisi"nin təkrarlanmasının qarşısını alacaq.

Prank sözü ingilis dilindən “pis zarafat, ələ salma” kimi tərcümə olunur. Digərlərini ələ salan, onlarla pis zarafat edən şəxslərə isə pranker deyilir.

Leksus və Vovan Rusiyada tanınmış prankerlərdir. Onlar indiyə qədər bir çox məşhur şəxsləri ələ salıblar.

Teqlər:
pranker, ələ salma, Nikol Paşinyan, Jan-Klod Yunker, Avropa Komissiyası, Federika Mogerini

Əsas mövzular