Görünməmiş hadisə: Rəfiqəsinin burnunu dişləyib uddu

Abunə olmaq
Polis tərəfindən saxlanılan Kollins 1000 dollar pul girovu müqabilində buraxılıb

BAKI, 18 iyul — Sputnik. ABŞ-da qadın rəfiqəsinin burnunu dişləyərək yeyib.

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, 41 yaşlı Jessika Kollins rəfiqələriylə əyləndikdən sonra 28 yaşlı rəfiqəsinin evinə gedib. Burada qadınlar arasında başlayan mübahisə sonradan davaya çevrilib. Ev sahibi olan qadın Kollinsdən evini tərk etməyi tələb edib. Əsəbləri sakitləşməyən Kollins rəfiqəsinin burnunu dişləyib, qoparıb və udub.

Polis tərəfindən saxlanılan Kollins 1000 dollar pul girovu müqabilində buraxılıb.

Xəbər lenti
0