Təbiət yaponlara "divan tutur"

© Photo : Kyodo via REUTERSYaponiyada sel
Yaponiyada sel - Sputnik Azərbaycan
Abunə olmaq
Təbii fəlakətdən 10 gündən çox keçməsinə baxmayaraq, daha 20 nəfərin taleyi barədə məlumat yoxdur

BAKI, 17 iyul — Sputnik. Yaponiyanın cənub-qərbində baş verən sel daşqınları və torpaq sürüşmələri nəticəsində ölənlərin sayı 222-ə çatıb. Spuntik Azərbaycan "RİA Novosti"yə istinadən xəbər verir ki, bu, ölkədə 1982-ci ildən bəri baş verən ən böyük təbii fəlakətdir.

Təbii fəlakətdən 10 gündən çox keçməsinə baxmayaraq, daha 20 nəfərin taleyi barədə məlumat yoxdur. Məlumata əsasən, təbii fəlakət nəticəsində ölən şəxslərin yarıdan çoxu Xirosima və Okayama prefekturasındandır.

Leysan yağışlarının fəsadlarının aradan qaldırılması və əhalinin təbii fəlakət zonasından xilas edilməsi üçün özünümüdafiə, polis və yanğından müdafiə xidmətinin 70 mindən çox üzvü cəlb olunub.

Qeyd edək ki, iyulun 5-6-da Yaponiyanın mərkəzi və cənub-qərb hissəsinə yağışlar yağmağa başlayıb. Ölkənin 7 prefekturası təbii fəlakət zonası elan edilib.

Xəbər lenti
0