03:56 28 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
DÜNYA
Qısa URL
551 0 0

Kral ailəsinin qudasından ilginc iddia gəldi: “Gülüşü belə məcburidir”

BAKI, 17 iyul — Sputnik. İngiltərə kral ailəsinin yeni üzvü Meqan Marklın atası qızı haqqında maraqlı açıqlamalarla çıxış edib.

Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadla xəbər verir ki, aktrisanın atası qızının çox əziyyət çəkdiyini və nəzarət altında olduğunu qeyd edib.

"Gülüşü belə məcburidir. Əziyyət içində gülümsünür" — deyə o bildirib.

Qızının toyuna getməyən və sonra jurnalistlərlə razılaşaraq açıqlama müqabilində 500 min dollar qazanan Tomas Markl bildirib ki, Meqan çox böyük təzyiq altındadır: "Qızımın şəkillərinə baxdığım zaman qorxduğunu başa düşə bilirəm. İllərlə gülüşünü görmüşəm və bu qorxunu onun gülümsəməsində belə görürəm. İndi gördüyümdən heç xoşum gəlmir. O ailədən biri ilə evlənmək çox baha başa gəlir".

Teqlər:
Meqan Markl, təzyiq, kral ailəsi, İngiltərə

Əsas mövzular