Putin və Trampın mətbuat konfransında insident baş verib

© REUTERS / Kevin LamarquePutin və Trampın mətbuat konfransında insident yaradan şəxsi zaldan çıxarırlar
Putin və Trampın mətbuat konfransında insident yaradan şəxsi zaldan çıxarırlar - Sputnik Azərbaycan
Abunə olmaq
Mühafizəçilər jurnalistlərdən birini zorla zaldan çıxarıblar

BAKI, 16 iyul — Sputnik. Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Trampın birgə mətbuat konfransında insident baş verib.

Sputnik Azərbaycan Rusiya mətbuatına istinadən xəbər verir ki, mühafizəçilər jurnalistlərdən birini zorla zaldan çıxarıblar. Səbəb isə onun əlində “Nüvə silahının qadağan edilməsi ilə bağlı Müqavilə” yazılmış plakat tutması olub.

© REUTERS / Leonhard FoegerPutin və Trampın mətbuat konfransında insident yaradan şəxs
Putin və Trampın mətbuat konfransında insident yaradan şəxs - Sputnik Azərbaycan
Putin və Trampın mətbuat konfransında insident yaradan şəxs

Əvvəlcə mühafizə xidməti jurnalisti söhbət üçün kənara dəvət edib. Bir neçə dəqiqə sonra qayıdan şəxs, digər jurnalistlərə şikayət edərək bildirib ki, prezidentlərə nüvə silahı ilə bağlı sual vermək istəyib, amma mətbuat konfransına plakat keçirmək olmaz. Bu zaman o, əlindəki plakatı digər jurnalistlərə göstərib.

Həmin şəxsin xəbərdarlığa baxmayaraq plakatı nümayiş etdirməsi mühafizə xidmətinin xoşuna gəlməyib. Bundan sonra onu zorla zaldan çıxarıblar. Bütün baş verənləri isə digər jurnalistlər çəkiblər.

Bir müddət sonra prezidentlər zala girərək, öz yerlərini tutublar.

Xəbər lenti
0