18:41 19 Noyabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0257
  • EUR1.9377
Nəvaz Şərif və qızı Məryəm, 13 iyul 2018-ci il

Ölkədə sular durulmur: Keçmiş baş nazir həbs edildi

© REUTERS / Drazen Gorgic
DÜNYA
Qısa URL
284 0 0

Nazirlər Kabinetinin sabiq başçısı və qızı təyyarələri Pəncabın paytaxtında yerə enəndən dərhal sonra saxlanılıblar

BAKI, 14 iyul — Sputnik. Pakistanın sabiq baş naziri Nəvaz Şərif və qızı Məryəm Şərif Lahorun hava limanında həbs ediliblər.

Sputnik Azərbaycan Türkiyə KİV-nə istinadən bildirir ki, əməliyyatı Milli anti-korrupsiya şöbəsinin əməkdaşları həyata keçiriblər. Həbs edilənlər təyyarə ilə İslamabada göndəriliblər.

Nazirlər Kabinetinin sabiq başçısı və qızı təyyarələri Pəncabın paytaxtında yerə enəndən dərhal sonra saxlanılıblar.

Nəvaz və Məryəm Şərif iyunun 15-dən Londonda qalmaq məcburiyyətində olublar. Səbəb isə Nəvaz Şərifin xərçəngdən əziyyət çəkən həyat yoldaşı Gülsüm Nəvazın səhhətinin kəskin pisləşməsi olub.

Teqlər:
İslamabad, hava limanı, həbs, Nəvaz Şərif, baş nazir, Pakistan

Əsas mövzular