23:45 22 Sentyabr 2018
Canlı yayım
  • RUB0.0256
  • USD1.7000
  • EUR2.0024
Terror aktı, arxiv şəkli

Pakistanda terror 132 can aldı

© REUTERS / Khalid al Mousily
DÜNYA
Qısa URL
55 0 0

Hər iki partlayışı İŞİD terror təşkilatı öz üzərinə götürüb

BAKI, 14 iyul — Sputnik. Pakistanın Bəlucistan əyaləti və Şimali Vəziristan əyalətlərində seçkiqabağı mitinq zamanı partlayış nəticəsində ölənlərin sayı durmadan artır. Sputnik Azərbaycan “Anadolu” agentliyinə istinadən xəbər verir ki, ölənlərin sayı 132 nəfərə çatıb, 232 insan yaralanıb.

Bəlucistan əyalətində partlayış nəticəsində ölənlərin sayı 128 nəfərə çatıb. Ölənlər arasında “Balochistan Awami Party” partiyasının lideri, deputatlığa namizəd Navabzada Siray Raysanı də var.

Şimali Vəziristan əyalətində isə partlayış nəticəsində 4 nəfər ölüb, 32 nəfər yaralanıb.

Hər iki partlayışı İŞİD terror təşkilatı öz üzərinə götürüb.

Teqlər:
İŞİD, terror aktı, partlayış, Pakistan

Əsas mövzular