18:42 19 Noyabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0257
  • EUR1.9377
Kedicikler

Adnan Oktarın "kedicik"ləri barədə sensasiyalı faktlar və müdhiş sirr üzə çıxdı

© Foto: Instagram / kediciklerofficial
DÜNYA
Qısa URL
1255706

Onların hamısının almacıq sümüyü qabarıq, dodaqları şişirdilmiş, belləri isə incə olmalı imiş...

BAKI, 13 iyul — Sputnik. Türkiyədə "Adnan hoca" kimi tanınan Adnan Oktar və onun rəhbərlik etdiyi şəbəkəyə qarşı polis əməliyyatları davam edir. Bəlli olduğu kimi, İstanbul başda olmaqla, ölkənin 5 vilayətində genişmiqyaslı əməliyyat keçirilib. Adnan Oktar özü Çengelköydeki evində saxlanılıb.

Adnan Oktar həbs olunandan sonra onun tərəfindən təcavüzə uğradığını iddia edən 35 nəfər polisə şikayət edib. Bu şikayətçilərin 15 nəfəri 11-17 yaş arası olan zaman təcavüzə uğradığını bildirib. Hətta adı gizli saxlanılan 16 yaşlı qız anası tərəfindən gizli şəbəkəyə təhvil verildiyini deyib.

Baş verənlərlə bağlı yeni faktlar aşkarlanıb. Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadən xəbər verir ki, araşdırma çərçivəsində "turnike sistemi" kimi tanınan təcavüz silsiləsi ortaya çıxıb.

Belə ki, qadınlar öncə lüks həyatda yaşadılır, villalara yerləşdirilirlər. Bir müddət sonra isə təcavüzlərə məruz qalırlar. Şəbəkə üzvləri qadınları psixoloji olaraq özlərindən asılı vəziyyətə gətirirlər. Bu həyatı qəbul etməyən qadınlara isə uyuşdurucu-sakitləşdirici maddələr veriblər.

Gizli təşkilat daxilində qadınlar "Bacılar", "İmam Bacılar", "Bacı imamları" kimi kateqoriyalara bölünüblər. Kişilər isə "Qardaşlar", "İmam qardaşlar", "Qardaş imamları" kimi adlandırılıblar. Onlara isə Didem Ürer adlı bir nəfərin rəhbərlik etdiyi deyilir.

Bu arada, qadınlarla bağlı ilginc sirr çözülüb. Belə ki, şəbəkəyə cəlb edilən qadınlar mütləq bir-birilərinə bənzəməli olublar. Onların hamısının almacıq sümüyü qabarıq, dodaqları şişirdilmiş, belləri isə incə olmalı imiş. Hansısa qadın bu cür xarici görünüşə uyğun gəlmədikdə, estetik əməliyyatla belə hala gətiriblər.

Əlaqədar

“Kediciklər” ac qalacaq: Adnan Oktarın əmlakı müsadirə edildi
"Kediciyi" Adnan Oktarın başına bəla olur
Adnan Oktarın yanından qaçmış "kediciyin" etirafları şok edir
Adnan Oktar və "kediciklər" əxlaqsızlığa görə cəzalandırıldı
Adnan Oktarın bu dünyadakı “cənnətini” dağıdırlar — VİDEO
Teqlər:
kedicik, Adnan Oktar, şəbəkə, əməliyyat, Türkiyə, təcavüz, qadın

Əsas mövzular