Polislərə əmr edildi, tez bir zamanda arıqlamalıdırlar

© AFP 2023 / DIPTENDU DUTTAHindistan polisi, arxiv şəkli
Hindistan polisi, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Son 18 ay ərzində 100-dən çox polis artıq çəki səbəbindən dünyasını dəyişib

BAKI, 13 iyul — Sputnik. Hindistanda yaşam tərzləri ilə əlaqədar olaraq polislər arasında müxtəlif xəstəliklər yaranıb.

Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadən xəbər verir ki, son 18 ay ərzində 100-dən çox polis artıq çəki səbəbindən müxtəlif xəstəliklərə tutulub və dünyasını dəyişib. Bunu nəzərə alan rəhbərlik, onların haqqında sərt qərar qəbul edilib.

Polislərin siqaret, içkidən istifadə etmələri, düzgün qidalanmamaları, idman etməmələri onların sağlamlığına böyük ziyan vurub. Onların bu cür zərərli vərdişləri unutmaları və normal həyata qayıtmaları üçün kömək ediləcək.

Polislərin arıqlamaları üçün üzgüçülük kursları, müxtəlif idman növləri üzrə zallar onların istifadəsinə verilib. Bütün bunlar dövlət proqramı səviyyəsində həyata keçirilir.

Xəbər lenti
0