12:37 24 Sentyabr 2018
Canlı yayım
  • RUB0.0256
  • USD1.7000
  • EUR1.9967
Əldə yanan şam, arxiv şəkli

Bu dəfə Yerevan işıqsız qaldı

CC0 / kloxklox_com / light
DÜNYA
Qısa URL
580 0 0

Yerevanın mərkəzi küçələri yarımstansiyada baş verən qəza ilə bağlı işıqsız qalıb

BAKI, 11 iyul — Sputnik. Bu dəfə Yerevan işıqsız qaldı

Ermənistan paytaxtı Yerevanın mərkəzi küçələri yarımstansiyada baş verən qəza ilə bağlı işıqsız qalıb. Bu barədə Sputnik Ermənistan-a "Ermənistan Elektrik Şəbəkələri"ndən bildirilib.

İlkin məlumatlara görə, mərkəzin küçələrdə elektrik işinin verilişi yerli vaxtla 18:30-a qədər bərpa olunacaq.

Qeyd edək ki, Ermənistanda çox mühüm energetika infrastrukturu olan Metsamor atom elektrik stansiyası ətrafında mübahisələr davam edir. Müzakirələrin fəallaşmasına səbəb Ermənistanla Avropa İttifaqı arasında Əhatəli və Geniş Tərəfdaşlıq Haqqında Müqavilə olub. Energetika sahəsində əməkdaşlıq və atom təhlükəsizliyi bölməsinə əsasən, Ermənistan tərəfi öz üzərinə AES-i bağlamaq və onun yeni obyektlərlə əvəz olunmasını həyata keçirməyi götürür.

Teqlər:
işıq, Yerevan, problem, elektrik

Əsas mövzular