Dünyanın izlədiyi 17 günlük dram bitdi, körpələr xilas edildi

© Photo : FACEBOOK / POLICE THAILAND NEWS via REUTERSTailanda xilasetmə
Tailanda xilasetmə - Sputnik Azərbaycan
Abunə olmaq
Onların axtarışları 10 gün davam edib. Uşaqları mağaranın girişindən 4 kilometr dərinlikdə tapılıblar.

BAKI, 10 iyul — Sputnik. Tailandda iyunun 23-dən bəri Kxao Luanq mağarasının dərinliyində köməksiz vəziyyətdə qalan 12 məktəbli və onların məşqçisi xilasedicilər tərəfindən çıxarılıb.

Sputnik Azərbaycan "BBC"-yə istinadən xəbər verir ki, mağaradan çıxarılan uşaqlar xəstəxanaya göndərilib. Məlumata əsasən, xəstəxanaya yerləşdirilən uşaqlara hələlik valideynləri ilə görüşməyə icazə verilmir.

Qeyd edək ki, iyunun 23-də 11-16 yaşlı məktəblilərdən ibarət futbol komandası və onların 25 yaşlı məşqçisi Kxao Luanq mağarasına daxil olub. Onlar mağarada olduğu zaman yağış yağıb və mağaranı su basıb. Nəticədə, su basması və sonradan baş verən daş uçqunu nəticəsində yol bağlanıb. Onların axtarışları 10 gün davam edib. Uşaqları mağaranın girişindən 4 kilometr dərinlikdə tapılıblar.

Xəbər lenti
0