13:24 23 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
DÜNYA
Qısa URL
58510

Keçmiş baş nazirin portreti Türkiyə Böyük Millət Məclisinin zibilliyinə atılıb?

BAKI, 10 iyul — Sputnik. Türkiyə Böyük Millət Məclisində (TBMM) andiçmə mərasimi zamanı keçmiş baş nazir Əhməd Davudoğlunun portretinin parlamentin zibilxanasına atıldığı iddia edilir.

Sputnik Azərbaycan İranın "Fars" xəbər agentliyinə istinadla xəbər verir ki, TBMM-də 27-ci dönəm millət vəkillərinin andiçmə mərasimi davam edərkən, parlamentin zibilxanasına aid olduğu iddia edilən bəzi fotolar sosial şəbəkədə paylaşılıb.

Vəkil və yazıçı Fidel Okan "Twitter" hesabından bu fotoları paylaşıb və yazıb: "TBMM-də andiçmə həyəcanı yaşananda Məclisin zibilliyi dolmağa başladı. Vəfadan və hörmətdən danışmaq istərdim, amma ehtiyac yoxdur. Kim nə edir, etsin".

Əlaqədar

Əhməd Davudoğludan gözlənilməz namizədlik açıqlaması
Əhməd Davudoğlunun "sağ əli" həbs olundu
Bu azərbaycanlının evində Əhməd Davudoğlu təşəkkür namazı qılıb
Ərdoğan - Davudoğlu ziddiyyətlərinin pərdəarxası
Teqlər:
zibilxana, Türkiyə Böyük Millət Məclisi, Əhməd Davudoğlu, TBMM

Əsas mövzular