Yerevan meri də istefa verdi

© Sputnik / Asatur YesayantsYerevan meri Taron Marqaryan
Yerevan meri Taron Marqaryan - Sputnik Azərbaycan
Abunə olmaq
Ermənistan Respublika Partiyası bu hadisəni "yeni hakimiyyət tərəfindən merə təzyiq” kimi qiymətləndirirdi

BAKI, 9 iyul — Sputnik. Yerevan meri, Respublika Partiyasının üzvü Taron Markaryan bazar ertəsi istefa verib.

Sputnik Ermənistan öz mənbələrinə istinadən xəbər verir ki, müvəqqəti olaraq mer səlahiyyətlərini onun birinci müavini Kamo Areyan idarə edəcək.

Qeyd edək ki, daha əvvəl Yerevanda dəfələrlə şəhəri meri Markaryanın istefaya getməsi tələbi ilə aksiyalar keçirilib. Həmin vaxt şəhər meri istefaya getməyəcəyini bəyan edirdi.

Markaryanı dəstəkləyən Ermənistan Respublika Partiyası isə bu hadisələri "yeni hakimiyyət tərəfindən merə təzyiq” kimi qiymətləndirirdi.

Ermənistan baş naziri Nikol Paşinyan isə öz növbəsində, bütün məmurların "dərhal" istefa verməsini tələb etmək düzgün olmadığını bəyan etmişdi: "Hamının dərhal istefaya göndərilməsini tələb etmək düzgün deyil. Hesab edirəm ki, bu məsələyə mərhələli şəkildə yanaşmaq lazımdır", — deyə Paşinyan Yerevan meri və ölkənin Baş Prokurorunun istefaya göndərilməsi tələblərinə münasibət bildirərkən qeyd edib.

Xəbər lenti
0