14:45 20 İyul 2018
Canlı yayım
  • RUB0.0267
  • USD1.7000
  • EUR1.9828
Türk polisi, arxiv şəkli

Türkiyədə prokuror 6 nəfərə 3 min 371 il həbs cəzası istədi

© AFP 2018 / YASIN AKGUL
DÜNYA
Qısa URL
33 0 0

Atatürk Hava Limanına edilən hücumda təqsirkarlara istənilən cəzalar məlum olub

BAKI, 9 iyul — Sputnik. 28 iyun 2016-cı ildə İstanbuldakı Atatürk Hava Limanında həyata keçirilən terror hücumu ilə bağlı məhkəmə işi davam etdirilib.

Sputnik Azərbaycan "Sözcü"yə istinadla xəbər verir ki, prokuror 6 müttəhimin 3 min 371 il həbs cəzasına məhkum edilməsini istəyib. Ümumilikdə 46 müttəhimdən 36-sı həbs edilib, 4-ü fəraridir. Prokuror 15 müttəhimin isə 15 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Prokuror 21 müttəhim haqqında bəraət verilməsini istəyib.

Xatırladaq ki, iyunun 28-də Atatürk Beynəlxalq Hava Limanında bir-birinin ardınca üç partlayış baş verdi. Terrorçu-kamikadzelərin insanlara əvvəlcə "Kalaşnikov" avtomatından atəş açması və daha sonra özlərini partlatması nəticəsində 42 nəfər həlak olub, 239 nəfər müxtəlif bədən xəsarətləri ilə xəstəxanalara yerləşdirilib. Ölkənin baş naziri Binəli Yıldırımın dediyinə görə, toplanan dəlillər bu vəhşiliyin arxasında terrorçu "İslam dövləti"nin dayandığını söyləməyə əsas verir.

Teqlər:
azadlıqdan məhrum edilmə, güllələnmə, partlayış, kamikadze, həbs, prokuror, terror, Atatürk Hava Limanı

Əsas mövzular