07:13 25 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
DÜNYA
Qısa URL
528 0 0

Uzunkörpü-İstanbul marşrutu üzrə hərəkət edən qatarın altı vaqonu relsdən çıxaraq aşıb

BAKI, 9 iyul — Sputnik. Türkiyədə sərnişin qatarının qəzaya uğraması nəticəsində 24 nəfər ölüb, 318 nəfər xəsarət alıb. Sputnik Azərbaycan "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyə baş nazirinin köməkçisi Recep Akdağ bildirib. 

Akdağın sözlərinə görə, qəza nəticəsində xəsarət alanlardan 124-ü xəstəxanadadır: "Qəza yerində axtarış-xilasetmə işləri başa çatdırılıb. Çorlu yaşayış məntəqəsi yaxınlığında baş verən qəzaya leysan yağışların yağması nəticəsində relslərin altındakı torpağın yuyulması olub".

Türkiyədə qatar qəzası, 8 iyul 2018-ci il
© Photo : Anadolu Ajansı
Türkiyədə qatar qəzası, 8 iyul 2018-ci il

Xatırladaq ki, ötən gün Türkiyənin Tekirdağ əyalətində sərnişin qatarı qəzaya uğrayıb. Belə ki, Uzunkörpü-İstanbul marşrutu üzrə hərəkət edən qatarın altı vaqonu relsdən çıxaraq aşıb.

Əlaqədar

Türkiyədə sərnişin qatarı aşdı, xeyli ölən və yaralananlar var
Bakı-Tbilisi qatarında arzuolunmaz hadisə baş verib, sərnişinlərin halı pisləşib — VİDEO
Təbii fəlakət dəmir yolunu da vurdu: Balakən-Bakı qatarı Zaqatalada qaldı
Sərnişin qatarının vaqonları relsdən çıxdı, 1 nəfər öldü - VİDEO
Qızı qatarın altında qalmaqdan son anda xilas etdi - VİDEO
Teqlər:
Recep Akdağ, Türkiyə, sərnişin qatarı, qəza

Əsas mövzular