Dünyanın ən zəngin adamlarının yeni reytinqi açıqlanıb

CC0 / piviso / dollarDollar, arxiv şəkli
Dollar, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
ABŞ-ın "Amazon" şirkətinin sahibi Ceff Bezos yenidən dünyanın ən zəngin adamı olub

BAKI, 9 iyul — Sputnik. Nüfuzlu "Bloomberg" nəşri dünyanın ən zəngin 500 adamının yeni reytinqini açıqlayıb. 

Sputnik Azərbaycan xəbər verir ki, ABŞ-ın "Amazon" şirkətinin sahibi Ceff Bezos yenidən dünyanın ən zəngin adamı olub. С.Bezosun sərvəti cari ilin iyulun 7-nə olan məlumata görə, 142  milyard dollar təşkil edir.

İkinci yerdə "Microsoft" şirkətinin rəhbəri Bill Qeyts (94,2 milyard dollar), dünyanın ən zəngin 3-cü adamı "Facebook"un yaradıcısı Mark Zukerberq  (81,6 mlrd. dollar) hesab edilib.

Əvvəllər siyahıda ikinci yeri tutan daha bir amerikalı, sərmayəçi Uorren Baffet isə 81,2 mlrd. dollarla reytinqin onluğunda qərarlaşıb.

Xəbər lenti
0