10:30 23 Aprel 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0440
  • RUB0.0225
DÜNYA
Qısa URL
839 0 0

Tapıntılarla bağlı cinayət işi açılıb və araşdırma aparılır

BAKI, 9 iyul — Sputnik. Türkiyə polisi İstanbuldakı evlərdən birində xüsusi əməliyyat keçirərək maraqlı fakt aşkar edib. Sputnik Türkiyə xəbər verir ki, polislər əməliyyat zamanı evdən yaşı təxminən 5-7 milyon il olan dinozavra aid alt çənə sümüyü aşkarlayıblar.

Şübhəli şəxs qismində saxlanılmış şəxsin evindən tapılmış dinozavra aid alt çənə sümüyü
© Photo : DHA
Şübhəli şəxs qismində saxlanılmış şəxsin evindən tapılmış dinozavra aid alt çənə sümüyü

Polis bir nəfəri sübhəli şəxs qismində saxlayıb. Bundan əlavə, evdə bir neçə tarixi və bahalı əşya aşkarlanıb. Bunlara İslam dövrünə aid olan əşyalar, 3 ədəd üzərində Lidiya dövlətinin simvolu olan bürünc sikkə, 37 ədəd Roma və Bizans dövrünə aid sikkələr aşkar edilib.

Tapıntılarla bağlı cinayət işi açılıb və araşdırma aparılır.

Teqlər:
sikkə, Türkiyə polisi, əməliyyat, İstanbul, dinozavr

Əsas mövzular