21:25 26 Mart 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0264
  • EUR1.9288
Suriyalı qaçqınlar Livanla sərhəddə, 28 iyun 2018-ci il

Köç dalğası böyüyür — 10 minlərlə insan sərhədə gəlib

© REUTERS / Mohamed Azakir
DÜNYA
Qısa URL
1532 0 0

Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar Üzrə Ali Komissarlığı hücumlar səbəbiylə evlərini tərk etmək məcburiyyətində qalan 270 min insanın sərhədə doğru getdiyini bildirib

BAKI, 8 iyul — Sputnik. Bəşər Əsəd rejiminin hücumlarından qaçan on minlərlə suriyalı İordaniya və İsrail sərhədinə yığışıb.

Sputnik Azərbaycan "Haber7"ə istinadla xəbər verir ki, rejim qüvvələri və iranlı milislərin üç həftədir əməliyyat keçirdiyi Suriyanın Dera bölgəsindən cənub tərəfə qaçanların sayı 270 minə çatıb.

Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar Üzrə Ali Komissarlığı hücumlar səbəbiylə evlərini tərk etmək məcburiyyətində qalan 270 min insanın sərhədə doğru getdiyini bildirib.

Qeyd edək ki, son 7 il ərzində Suriyada baş verən müharibə zamanı 13 milyon insan qaçqına çevrilib. 13 milyon qaçqından 5 milyonu qonşu dövlətlərə — İordaniya, Livan və Türkiyəyə pənah aparıb. 5 milyon qaçqının 3,5 milyonu Türkiyədə yerləşdirilib.

Teqlər:
Dera, Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar Üzrə Ali Komissarlığı, köç, qaçqınlar, Bəşər Əsəd rejimi, Suriya

Əsas mövzular