10:28 16 Noyabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0258
  • EUR1.9267
Şeremetyevo hava limanında Antalya çarter reysini gözləyən sərnişinlər, arxiv şəkli

Türkiyədə o qədər rus var ki, iynə atsan yerə düşməz...

© Sputnik / Grigory Sysoyev
DÜNYA
Qısa URL
730 0 0

2018-ci ildə Antalyanı ziyarət edən rusiyalı turistlərin sayı rekord həddə çatıb

BAKI, 8 iyul — Sputnik. 2018-ci ildə Antalyanı ziyarət edən rusiyalı turistlərin sayı rekord həddə çatıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Hürriyet qəzeti xəbər verib.

Yanvar-iyul ayları ərzində Türkiyənin bu kurort şəhərinə 4,9 milyon turist gəlib ki, onların da 40,19%-ni ruslar təşkil edir. Beləliklə, yarım il ərzində təkcə Antalyanı 1,9 milyon rusiyalı turist ziyarət edib. Bu rəqəm 2017-ci ilin analoji dövrü ilə müqayisədə 38,5% çoxdur.

Təkcə iyun ayında Antalya 827 min rus turisti qəbul edib. 2017-ci ilin iyun ayında turistlərin sayı bu rəqəmin 28,5%-ni təşkil edirdi.

May ayında verilən məlumata görə, 2018-ci ilin yanvar-aprel aylarında Antalyanı ziyarət edən rus turistlərin sayı rekord həddə çatıb.

Antalyanın Mədəniyyət və Turizm İdarəsinin məlumatına görə, 4 ay ərzində şəhərə gələn turistlərin 60%-ini rusiyalılar təşkil edib. Bu isə ümumilikdə 2017-ci ildə şəhərə gələn turistlərin sayına bərabərdir. 2014-cü ildə isə Antalya bu ilin 4 ayı ərzində gələn rus turistlərin 44%-i qədər Rusiyadan turist qəbul etmişdi. 2014-cü ildə Antalyaya gələn turistlər arasında ruslar rekord vurmuşdu.

Teqlər:
Mədəniyyət və Turizm İdarəsi, Türkiyə, kurort, rus, turist, Antalya

Əsas mövzular