20:28 18 Dekabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0255
  • EUR1.9292
Hörümçək adam

"Hörümçək adam"ın yaradıcılarından biri öldü

© AP Photo / Kin Cheung
DÜNYA
Qısa URL
63 0 0

KİV-in məlumatına görə, Ditko heç vaxt evli olmayıb, onun övladı yoxdur

BAKI, 7 iyul — Sputnik. "Marvel" komikslərinin həmtəsisçilərindən və "Spider-Man" (Hörümçək adam), "Doctor Strange" kimi personajların yaradıcılarından biri ABŞ-da 90 yaşında vəfat edib. Bu barədə Sputnik Azərbaycan "Hollywood Reporter" nəşrinə istinadən xəbər verir.

Nəşr yazır ki, Ditko öz evində ölündə tapılıb. Rəssamın ölüm səbəbi açıqlanmır.

Çexoslovakiya əsilli amerikalı rəssam 1955-ci ildə "Marvel Comics"-də işə başlayıb. Ditko "Spider-Man" (Hörümçək adam), "Doctor Strange", "İron man" (Dəmir adam), "Hulk" kimi personajların yaradıcılarından biridir.

KİV-in məlumatına görə, Ditko heç vaxt evli olmayıb, onun övladı yoxdur.

Teqlər:
ABŞ, vəfat, rəssam, Hörümçək adam, komiks

Əsas mövzular