21:21 03 Dekabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
DÜNYA
Qısa URL
99 0 0

Həmin insanları aslanlar tamamilə parçalayaraq yeyiblər.

BAKI, 7 iyul — Sputnik. Cənubi Afrikada qanunsuz kərgədan ovlayanların başına bədbəxt hadisə gəlib.

Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadən xəbər verir ki, ova çıxan üç ovçu geri dönməyib. Bir müddət sonra onların getdiyi ərazidə insan qalıqları tapılıb.

Çin, Vyetnam və digər Asiya ölkələrində kərgədan buynuzunun cinsi gücü artırdığına inanırlar. Buna görə də, Asiyada kərgədan buynuzuna tələbat artıb və Afrikada qanunsuz kərgədan ovları çoxalıb.

Sahəni qoruyan Nik Foks deyib ki, ovçular aslanların yaşadığı əraziyə giriblər. Aslanlar həmin insanları tamamilə parçalayaraq yeyiblər. Onlardan ancaq ov tüfəngi, uzun balta və bir ədəd telefon qalıb. Hətta bu əşyaları götürmək üçün belə, bir neçə aslanı xüsusi dərmanla yatırtmaq lazım olub.

Teqlər:
kərgədan, aslan, ovçu, Afrika

Əsas mövzular