Dünya gözünü bu drama dikib: Milyarder uşaqları mağaradan xilas edəcək

© REUTERS / Rashid Umar Abbasi/File PhotoAmerikalı biznesmen Elon Mask
Amerikalı biznesmen Elon Mask - Sputnik Azərbaycan
Abunə olmaq
Buna qədər kömək üçün sahibkara "Twitter" istifadəçiləri müraciət etmişdi

BAKI, 7 iyul — Sputnik. Amerikalı biznesmen İlon Mask 15 günə yaxındır mağarada ilişib qalan bir qrup məktəblini xilas etmək üçün öz şirkətinin iki mütəxəssisini Tailanda göndərmək niyyətindədir. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Mask öz "Twitter" səhifəsində yazıb.

"SpaceX və Boring Co-nun mütəxəssisləri hökumətə necə kömək edə biləcəklərini öyrənmək üçün sabah Tailanda gedir. Ola bilsin ki, hadisə yerində olmadan qiymətləndirmənin çətin aparılacağı xeyli çətinliklər var", — deyə məlumatda vurğulanır.

Qeyd edək ki, təxminən 2 həftə öncə 11-16 yaşlı bir qrup məktəbli və onların məşqçisi ölkədəki mağaralardan birinə daxil olub. Onlar mağarada olduğu zaman yağış yağıb və mağaranı su basıb. Nəticədə, su basması və sonradan baş verən daş uçqunu nəticəsində yol bağlanıb. Onların axtarışları 10 gün davam edib. Həmin şəxslər mağaranın girişindən 4 kilometr dərinlikdə tapılıblar. Lakin məktəbliləri geri qaytarmaq mümkün deyil. Çünki bütün mağara su altındadır və onları adi qaydada qaytarmaq olmur.

Hazırda mütəxəssislər mağaraya yuxarıdan yol açmaq üzərində düşünürlər.

Xəbər lenti
0