İranın əfsanəvi generalından qonşu ölkələrə sərt xəbərdarlıq

© AFP 2023 / MEHDI GHASEMI / ISNA İran İslam İnqilabı Keşikçilər Korpusunun generalı Qasım Süleymani, 14 sentyabr 2013-cü il
İran İslam İnqilabı Keşikçilər Korpusunun generalı Qasım Süleymani, 14 sentyabr 2013-cü il - Sputnik Azərbaycan
Abunə olmaq
Mayın 8-i ABŞ prezidenti Donald Tramp ölkəsinin İranla bağlanmış nüvə sazişindən çıxdığını bəyan edib

BAKI, 5 iyul — Sputnik. İran, sanksiyalar səbəbindən ölkənin neft satışının qarşısının alınması ilə bağlı dünya ölkələrinə xəbərdarlıq edib. Bu barədə Sputnik Azərbaycan "Son Dakika"ya istinadən xəbər verir.

İran İslam İnqilabı Keşikçilər Korpusunun generalı Qasım Süleymani bəyan edib ki, İranın neft satışına maneələr yaranacağı təqdirdə bölgədəki digər ölkələrin də neft satmasına maneə olmağa hazırdırlar.

Qeyd edək ki, mayın 8-i ABŞ prezidenti Donald Tramp ölkəsinin İranla bağlanmış nüvə sazişindən çıxdığını bəyan edib. Tramp Tehranı uranı zənginləşdirməkdə və sazişin müddəalarına zidd olaraq, qadağan olunmuş silahlar hazırlamaqda ittiham edib. O, həmçinin İrana qarşı tətbiq edilən sanksiyaları yenidən bərpa ediləcəyini də vurğulayıb.

İranın nüvə proqramı üzrə Hərtərəfli Birgə Fəaliyyət Planı 2015-ci ilin iyul ayında İran və "altılıq ölkələri" — Almaniya, Böyük Britaniya, Fransa, Çin, Rusiya və ABŞ arasında qəbul edilib. İyulun 20-də plan BMT Təhlükəsizlik Şurası tərəfindən təsdiq edilib. Razılaşmaya əsasən, İran nüvə silahının əldə edilməsindən imtina edir, qarşılığında isə sanksiyalar tədricən ləğv edilir.

Xəbər lenti
0