Tramp müstəqillik günündə dünyanı ordu ilə hədələdi

© REUTERS / Leah MillisDonald Tramp
Donald Tramp - Sputnik Azərbaycan
Abunə olmaq
ABŞ lideri vurğulayıb ki, ABŞ güclü olduqca onun silahlı qüvvələrdən istifadə etmək ehtimalı da azalır

BAKI, 5 iyul — Sputnik. ABŞ prezidenti Donald Tramp ölkəsinin heç vaxt Silahlı Qüvvələrdən istifadə etməsinə ehtiyac olmayacağına ümid etdiyini bildirib. Sputnik Azərbaycan xəbər verir ki, o öz çıxışında qeyd edib ki, ordunun bərpasına 100 milyardlarla dollar pul ayrılır.

"Biz öz əzəmətli Silahlı Qüvvələrimizi yenidən quraraq ABŞ-ın təhlükəsizliyini bərpa edirik… Ordumuza rekord 700 milyard dollar vəsait ayrılıb. Gələn il isə 716 milyard dollar olacaq ki, bu da tarixdə ən böyük məbləğdir. Biz ordumuzu bərpa edirik. Biz onu daha miqyaslı, güclü edirik. Hamıdan güclü. Mən ümid edirəm ki, onları heç vaxt istifadə etməyə ehtiyac qalmayacaq" — deyə ABŞ prezidenti ölkənin müstəqilliyi ərəfəsində Qərbi Virciniya ştatında təntənəli mərasimdə çıxışı zamanı bildirib.

ABŞ lideri vurğulayıb ki, ABŞ güclü olduqca onun silahlı qüvvələrdən istifadə etmək ehtimalı da azalır.

Xəbər lenti
0