Qonşuluğumuzda hökumət başçısı və hökumət istefaya getdi

© Photo : FB / Zurab PataradzeZurab Pataradze
Zurab Pataradze - Sputnik Azərbaycan
Abunə olmaq
Pataradze bu barədə bu gün keçirdiyi brifinqdə bildirib

BAKI, 4 iyul — Sputnik. Gürcüstanın Acarıstan Muxtar Respublikası hökumətinin başçısı Zurab Pataradze istefaya getdiyini bəyan edib.

Sputnik Gürcüstan xəbər verir ki, Pataradze bu barədə bu gün keçirdiyi brifinqdə bildirib.

Qanunvericiliyə görə, hökumət başçısı istefaya gedəndə, bütün nazirlər də postlarını tərk edirlər və Nazirlər Kabineti istefaya getmiş sayılır.

“Bu gün mən qərar qəbul etdim və Acarıstan hökumətinin sədri postundan gedirəm. Qərar komanda tərəfindən qəbul edilib və biz bunu müzakirə etmişik. Qeyd etmək istəyirəm ki, istefa versəm də, hakim “Gürcü arzusu- demokratik Gürcüstan” partiyasında qalıram və komanda ilə ölkənin inkişafı üçün bir çox yaxşı işlər görəcəyəm” – Pataradze bildirib.

O, gələcək planlarını ən yaxın günlərdə açıqlayacağını qeyd edib.

Z. Pataradze 2016-cı ilin iyulundan muxtar respublikanın hökumət başçısı vəzifəsini tutub. O, Gürcüstanın baş naziri Georgi Kirikaşvilinin istefasından cəmi 1 ay sonra postunu tərk edib.

Xəbər lenti
0