Türk ordusu 11 terrorçunu məhv edib

© Sputnik / Aleksey Vitvitsky / Mediabanka keçidTükr qırıcıları, arxiv şəkli
Tükr qırıcıları, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Keçirilən hava əməliyyatları zamanı düşmənə aid anbarlar da məhv edilib

BAKI, 4 iyul — Sputnik. Türkiyə Silahlı Qüvvələri (TSQ) dünən və bu gün İraqda keçirdiyi əməliyyatlar nəticəsində 11 PKK terrorçusunu zərərsizləşdirib. Sputnik Azərbaycan "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bu barədə məlumat TSQ-nin Baş Qərargahının "Twitter" hesabında yerləşdirilib.

Hərbi əməliyyatlar İraqın Kandil, Avaşin-Basyan və Gara bölgələrində həyata keçirilib. TSQ-nın terrorçulara qarşı keçirdiyi hava əməliyyatları zamanı düşmənə aid anbarlar da məhv edilib.

Xəbər lenti
0