Ermənistan ordusunda korrupsiya sxeminin üstü açıldı, tutulanlar var

© Sputnik / Asatur YesayantsВоеннослужащий и журналист
Военнослужащий и журналист - Sputnik Azərbaycan
Abunə olmaq
Mayor, polkovnik və daha dörd nəfər saxlanılıb

BAKI, 2 iyul — Sputnik. Ermənistan Müdafiə Nazirliyinin № hərbi hissəsinin komandiri xüsusilə böyük həcmdə oğurluqda şübhəli bilinir. Bu barədə Sputnik Ermənistan İstintaq Komitəsinə istinadən məlumat yayıb.

Xəbərə əsasən, hərbi hissənin komandiri olan polkovnik, yanacaq-sürtkü xidmətinin rəhbəri olan mayorla işbirliyinə gedərək tabeliyində olan şəxslərə 2018-ci ilin yanvarından iyununa qədər hərbi texnikadan planda nəzərdə tutulduğundan daha az istifadə etməyi əmr edib. Nəticədə, polkovnik qənaət edilən 24 ton dizel yanacağını satıb. Bununla da o, dövlətə 8 milyon 856 min dram (18 min 450 dollar) dəyərində zərər vurub.

İstintaq Komitəsi mayor, polkovnik və daha dörd nəfərin həbs edilməsi barədə qərar çıxarıb. Cinayətdə iştirak edənlərin heç birinin adı açıqlanmır.

Faktla bağlı araşdırmalar aparılır.

Xəbər lenti
0