12:03 31 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
DÜNYA
Qısa URL
31 0 0

Hadisənin baş verdiyi Ann-Arandel dairəsinin polis şerifi Ron Beytman cinayətkarın redaksiyadan kənarda saxlanıldığını bildirib

BAKI, 29 iyun — Sputnik. ABŞ-ın Merilənd ştatında "Capital Gazette" nəşrinin redaksiyasında baş vermiş silahlı insident nəticəsində bir neçə nəfər ölüb.

Sputnik Azərbaycan-ın "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, atəş açan şəxs saxlanılıb.

​Hadisənin baş verdiyi Ann-Arandel dairəsinin polis şerifi Ron Beytman cinayətkarın redaksiyadan kənarda saxlanıldığını bildirib.     

Yerli KİV-lər insident nəticəsində həmçinin çoxlu sayda yaralıların olduğunu bildirirlər.

Təfərrüatlar hələlik açıqlanmır.

Teqlər:
redaksiya, qətl, atışma, qəzet, ABŞ

Əsas mövzular