CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Əcnəbilər üçün məsləhətli olmayan şəhərlər məlum oldu

© AP Photo / Kin CheungМорской мост Гонконг-Чжухай-Макао в Китае
Морской мост Гонконг-Чжухай-Макао в Китае - Sputnik Azərbaycan
Abunə olmaq
Əcnəbilər üçün ən ucuz şəhərlər sırasına Bişkek, Tunis və Daşkənd daxil olub

BAKI, 28 iyun — Sputnik. Əcnəbilər üçün ən bahalı şəhərin adı açıqlanıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, aparılmış araşdırma çərçivəsində planetimizin 209 iri yaşayış məntəqəsində mənzilin, nəqliyyatın, ərzağın, paltarın, əyləncə və xidmətin qiməti kimi amillər və milli valyutaların məzənnələri nəzərə alınıb. 

Honkonq mənzilin qiymətlərinə görə liderdir. Burada ev qiymətləri 17 aydır ki, artır. İki yataq otağı olan mənzilin aylıq kirayəsi burada 7671 dollardır. Bu şəhərdə bir fincan kofe 7,74, bir litr süd isə 3,78 dollardır.

İkinci və üçüncü yerləri Tokio və Sürix tuturlar. İlk onluğa həmçinin Sinqapur, Seul, Luanda, Şanxay, Ncamena, Pekin və Bern daxildir.

Əcnəbilər üçün ən ucuz şəhərlər sırasına Bişkek, Tunis və Daşkənd daxil olub. 

Xəbər lenti
0