Quş yuvasına görə festival ləğv edilə bilər

© Photo : FB / homemadejammusicOttawa Bluesfest-2016
Ottawa Bluesfest-2016 - Sputnik Azərbaycan
Abunə olmaq
Onlar bunun festivalın ləğv edilməsi ilə nəticələnə biləcəyini də qeyd edirlər

BAKI, 28 iyun — Sputnik. Quş yuvasına görə möhtəşəm festival ləğv edilə bilər.

Sputnik Azərbaycan xəbər verir ki, Kanadada iyulun 5-də baş tutmalı olan festivalın əsas səhnəsinin qurulacağı yerə quş yuva salıb və 4 yumurta qoyub. Kanada qanunlarına görə, federal hökümətin icazəsi olmadan quşun yuvasının yerini dəyişmək qadağandır.

Bluesfestin ictimaiyyətlə əlaqələr sektorunun direktoru Aj Sauve federal hökümətdən quşu və yumurtaları köçürmək üçün icazənin gözlənildiyini bildirib.

Hər il Şimali Amerikadan on minlərlə insanın qatıldığı Ottava Bluesfest festivalının təşkilatçıları quşu qorxudacaqlarına və onun yumurtalarını atıb gedəcəyinə görə narahatdırlar. Onlar bunun festivalın ləğv edilməsi ilə nəticələnə biləcəyini də qeyd edirlər.

Xəbər lenti
0