Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Tanınmış boksçunun ferması satışa çıxarıldı

© AP Photo / Chris PizzelloMəhəmməd Əli
Məhəmməd Əli - Sputnik Azərbaycan
Abunə olmaq
Burada Məhəmməd Əlinin istirahət etdiyi və oyunlar üçün məşqlər etdiyi boks rinqi ilə yanaşı xüsusi sauna və masaj salonu da var.

BAKI, 28 iyun — Sputnik. Əfsanəvi boksçu Məhəmməd Əlinin ferması satışa çıxarılıb. Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadla xəbər verir ki, Məhəmməd Əlinin ABŞ-da olan 327 sotluq ferması 895 min 37 dollara satılır. Məlumata görə, 37 dollar məşhur boksçunun karyerası müddətində 56 oyunda etdiyi 37 nokautu simvolizə edir.

2016-cı ildə 74 yaşında dünyasını dəyişən boksçu Parkinson xəstəliyinə yoluxmamışdan 10 il əvvəl 1975-ci ildə 100 yaşlı fermanı almış və ömrünün qalan hissəsini burada keçirmişdi.

Fermada 4 yataq otağı olan evdən başqa axır, hovuz, idman salonu, qaraj və ofis olduğu bildirilir. Burada Məhəmməd Əlinin istirahət guşəsi, məşq etdiyi boks rinqi ilə yanaşı xüsusi sauna və masaj salonu da var.

Xəbər lenti
0