15:30 15 Noyabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0254
  • EUR1.9274
Hərbi kaska

Əyyaş erməni zabiti əsgərini güllələdi

© Sputnik / Asatur Yesayants
DÜNYA
Qısa URL
74 0 0

Zabitə qarşı Cinayət Məcəlləsinin üç maddəsi üzrə cinayət işi açılıb

BAKI, 26 iyun — Sputnik. Ermənistan ordusunun zabiti kapitan S.Karapetyan öz əsgərini güllələyib.

Sputnik Ermənistan-ın məlumatına görə, bu barədə Ermənistanın İstintaq Komitəsinin mətbuat xidməti məlumat yayıb.

İstintaq müəyyən edib ki, qətl günü Karapetyan sərxoş olub. Zabit səbəbsiz yerə havaya güllə atıb. İlk hadisə saat 18:00-da baş verib. Üç saat sonra yenə təkrarlanıb.

Zabit saat 22:50-də isə əsgər Darbinyanın əlindən avtomatını alaraq ora-bura atəş açmağa başlayıb. Nəticədə bir neçə metr aralıda dayanan müqaviləli hərbçi Ovannes Melkonyan aldığı güllə yarasından ölüb.

Zabitə qarşı Cinayət Məcəlləsinin üç maddəsi üzrə cinayət işi açılıb.

Hazırda istintaq davam edir.

Teqlər:
güllələmə, sərxoş, Ermənistan ordusu, atəş, zabit, əsgər

Əsas mövzular