Tramp Ərdoğana zəng edib

© REUTERS / Joshua RobertsПрезидент Турции Реджеп Тайип Эрдоган и президент США Дональд Трамп
Президент Турции Реджеп Тайип Эрдоган и президент США Дональд Трамп - Sputnik Azərbaycan
Abunə olmaq
D. Tramp və R. T. Ərdoğan 11-12 iyul tarixlərində Brüsseldə keçiriləcək NATO zirvəsində görüşməyi səbirsizliklə gözlədiklərini bildiriblər

BAKI, 26 iyun — Sputnik. ABŞ prezidenti Donald Trampla Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub. Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadən xəbər verir ki, Tramp Ərdoğanı yenidən prezident seçilməsi münasibətilə təbrik edib.

Liderlər telefon danışığında zamanı iki ölkə arasındakı strateji ortaqlığa diqqət çəkərək qarşıdakı dövrdə başda hərbi sahə olmaqla, ikitərəfli əlaqələrin hər sahədə inkişafı üçün qərarlı olduqlarını vurğulayıblar.

D. Tramp və R. T. Ərdoğan 11-12 iyul tarixlərində Brüsseldə keçiriləcək NATO zirvəsində görüşməyi səbirsizliklə gözlədiklərini bildiriblər.

Xatırladaq ki, Ərdoğan iyunun 24-də keçirilən seçkilərdə 52,5 faiz səs toplayıb.

Xəbər lenti
0