İranda hökumət böhranı dərinləşdi, dini liderin müşaviri prezidentə qarşı çıxdı

© © AP Photoİranda etirazlar, 30 dekabr 2017-ci il
İranda etirazlar, 30 dekabr 2017-ci il - Sputnik Azərbaycan
Abunə olmaq
"Qara bazar"da dollar 8 min 500 tümən səviyyəsindədir

BAKI, 26 iyun — Sputnik. İranın ali dini lideri, ayətullah Əli Xameneyinin hərbi məsələlər üzrə müşaviri, general-mayor Yəhya Rəhim Səfəvi mövcud hökuməti tənqid edib.

Sputnik Azərbaycan "Haber7"ə istinadla xəbər verir ki, müşavir, hökumətin xalqın problemləri ilə məşğul olmadığını və bunun da bir sıra narahatlıqlara səbəb olduğunu deyib. O, bəzi qrupların bu vəziyyəti rejim əleyhinə etirazlara çevirməyə səy göstərdiyini söyləyib.

Valyuta məzənnəsində baş verən artıma və bahalaşmaya etiraz etmək üçün Tehrandakı əsnafların obyektlərini bağlanmasına toxunan Səfəvi bildirib ki, dükan sahiblərinin reaksiyası ölkədəki narazılığı göstərir.

ABŞ Konqresi - Sputnik Azərbaycan
SİYASƏT
"Azərbaycanı Rusiya və İran əleyhinə yönləndirmək istəyirlər"

İranın iqtisadi, mədəni və ictimai problemlərlə qarşı-qarşıya qaldığını dilə gətirən Səfəvi, prezident Həsən Ruhaninin rəhbərlik etdiyi hökuməti hədəf alaraq "hökumət olmasa, ölkə daha yaxşı idarə ediləcək kimi görünür"-deyib.

Dünən Tehranda əsnaflar iqtisadi problemlərə etiraz etmək üçün yerlərini bağlamışdı.

İranda dolların qısa müddət ərzində 4 min tüməndən 7 min 500 tümənə qədər yüksəlməsi Həsən Ruhani hökumətinin aprel ayında sərbəst valyuta alqı-satqısının qadağan edilməsinə səbəb olmuşdu. "Qara bazar"da dollar 8 min 500 tümən səviyyəsindədir. ABŞ prezidenti Donald Trampın ötən ay nüvə müqaviləsindən çəkildiyini və yeni sanksiyaların tətbiq olunacağını açıqlaması İran bazarlarına mənfi təsir etmişdi.

Xəbər lenti
0