Avropa İttifaqı Ukraynanın xahişini nəzərə alıb

© Sputnik / StringerUkraynanın bayrağı
Ukraynanın bayrağı - Sputnik Azərbaycan
Abunə olmaq
Ukraynaya bir milyard avro məbləğində kredit ayrılacaq

BAKI, 26 iyun — Sputnik. Avropa İttifaqı Şurası yekun olaraq, Ukraynanın müəyyən şərtləri yerinə yetirəcəyi təqdirdə, bu ölkəyə 1 milyard avro həcmində kreditin ayrılmasını təsdiqləyib. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Avropa İttifaqı Şurasının rəsmi "Twitter" səhifəsində məlumat yerləşdirilib.

"Ukraynaya makro maliyyə yardımı. Bu gün Avropa İttifaqı Şurası Ukraynanın maliyyə ehtiyaclarını qarşılamaq və iqtisadi sabitliyi və struktur islahatlarının dəstəklənməsi üçün bir milyard avro yeni kreditin ayrılmasını təsdiqləyib" — deyə məlumatda bildirilir.

Xəbər lenti
0