Erməni mafiyasına qarşı "müharibə" elan edildi, nəhəng əməliyyat başladı

© AFP 2023 / JORGE GUERRERO İspaniyada polis avtomobilləri, arxiv şəkli
İspaniyada polis avtomobilləri, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Əməliyyat zamanı 100 nəfər saxlanılıb, 70 məntəqədə axtarış işləri aparılıb

BAKI, 26 iyun — Sputnik. İspaniya polisi "erməni mafiyası" adlı cinayətkar qruplaşmaya qarşı genişmiqyaslı əməliyyat keçirir. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Kataloniyanın hüquq-mühafizə orqanları məlumat yayıb.

Fransa polisi - Sputnik Azərbaycan
Avropada gürcü mafiyasına böyük zərbə

"Erməni mənşəli cinayətkar qruplaşmaya qarşı narkotik maddələrin qanunsuz dövriyyəsi, silah alveri, tənbəki qaçaqmalçılığı, çirkli pulların yuyulması, silah ticarəti zamanı korrupsiya və Avropada törədilən başqa cinayətlərlə əlaqəli olduğu üçün əməliyyat keçirilib" — deyə Kataloniya polisi bildirib.

İspaniya KİV-nin məlumatında qeyd olunur ki, əməliyyat Barselona, Madrid, Valensiya, Alikante, Albasete və başqa şəhərlərdə keçirilir. Ümumilikdə əməliyyat zamanı 100 nəfər saxlanılıb, 70 məntəqədə axtarış işləri aparılıb.

Məlumata görə, bu cinayətkar qruplaşmanın üzvləri Ermənistan əsillidir. Onların ABŞ, Fransa, Belçika, İtaliya və Litvada əlaqələri olduğu bildirilir.

Xəbər lenti
0