15:48 03 Dekabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
DÜNYA
Qısa URL
576 0 0

Qadının sükanı arxasında oturduğu avtomobilin dəyəri təxminən 1 milyon 300 min manatdır

BAKI, 24 iyun — Sputnik. Çinin Velinq şəhərində qadın “Ferrari 458” idman avtomobilini kirayələdikdən sonra bir neçə dəqiqə sonra onu başqa 2 avtomobilə çırparaq qəza törədib.

Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, qadın idman avtomobilinə əyləşərkən ilk dəfə “Ferrari” sükanı arxasında oturduğunu etiraf edib: "Bu çox təəccüblü hissdir".

Bir neçə dəqiqədən sonra qadın idarəetməni itirib və qarşıdan gələn BMW avtomobilinə çırpılıb. O da öz növbəsində Nissan markalı avtomobillə toqquşub. Sonuncu qarşı yola çıxıb.

Bu hadisədə ən maraqlı hissə… avtomobilin qiymətidir. Belə ki, qadının sükanı arxasında oturduğu avtomobilin dəyəri təxminən 1 milyon 300 min manatdır. Müəyyən edilib ki, avtomobilin ön hissəsi güclü zədələnib və sol təkər çıxıb.

Sürücü ancaq təhlükəsizlik yastıqları sayəsində ciddi xəsarət almayıb.

Teqlər:
qadın, avtomobil, Çin, qəza, Ferrari

Əsas mövzular