Səudiyyə Ərəbistanında qadınlarla bağlı daha bir inqilabi yeniliyə imza atıldı

© Photo : SozcuQadın sürücülər üçün qadın yol nəzarətçiləri
Qadın sürücülər üçün qadın yol nəzarətçiləri - Sputnik Azərbaycan
Abunə olmaq
Paytaxtda qadın sürücülərin iştirak etdiyi avtomobil qəzalarına müdaxilə edəcək qadın yol polisi məmurları məzun olaraq işə başlayıb

BAKI, 23 iyun — Sputnik. Qadınlara sürücülük hüququ verən Səudiyyə Ərəbistanında daha bir ilkə imza atılıb. Artıq qadın sürücülər üçün qadın yol nəzarətçiləri yaradılıb.

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, qadınlara avtomobil idarə etməyə icazə verildikdən sonra Səudiyyə Ərəbistanında maraqlı mərasim baş tutub. Paytaxt ər-Riyadda qadın sürücülərin etdiyi avtomobil qəzalarına müdaxilə edəcək qadın yol polisi məmurları məzun olaraq işə başlayıb.

Özəl sığorta şirkəti olan Najm tərəfindən xüsusi kurs keçərək məzun olma haqqı qazanmış 40 polis, qadınların iştirakı ilə baş verən avtomobil qəzalarına müdaxilə edə və protokol yaza biləcəklər.

Polis qadınlar gələn həftədən işləməyə başlayacaqlar. Najm şirkətinin ölkə rəhbərliyi ilə birlikdə çalışaraq qadınlar üçün sürücülük məktəbləri və kursları açdığı bildirilib.

Şirkətin ictimai əlaqələr üzrə direktoru Maha əl-Şneifi bildirib ki, qadın məmurlar qadınlar avtomobil qəzasına düşdükləri zaman hadisə yerinə gedərək raport yazacaqlar: "Bu dəfə 40 qadın məzun oldu. Gələcəkdə bu rəqəmin artacağı istisna edilmir".

Xəbər lenti
0