Döyüş mövqeyində erməni əsgəri öldürülüb

© Sputnik / StringerВоенная каска
Военная каска - Sputnik Azərbaycan
Abunə olmaq
Onu öldürməkdə şübhəli bilinən başqa erməni hərbçisi tutulub

BAKI, 23 iyun — Sputnik. Döyüş mövqeyində erməni əsgəri öldürülüb

Ermənistan Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin döyüş mövqeyində erməni əsgərin meyiti tapılıb.

Sputnik Ermənistan xəbər verir ki, bununla bağlı Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Ovanisyan məlumat verib.

Ölən hərbçi Ovanes Melkonyandır. İnsident iyunun 22-də baş verib.

Bəzi məlumatlara görə, hərbçi atəş nəticəsində ölüb və onu öldürməkdə şübhəli bilinən başqa erməni hərbçisi tutulub. Amma Ermənistan Müdafiə Nazirliyi məlumatı təsdiq etməyib.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti
0